Rusiyanın məşhur agentliyi Sportinfo.az-ın "Neftçi" haqda transfer xəbərini təsdiqlədi

Seneqallı yarımmüdafiəçi Xali Tiam karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportinfo,az bu barədə günlər öncə yazmışdı.

 

İndi isə saytımızın verdiyi xəbəri TASS tirajlayıb. İşin içində olan mənbələrinə istinadən.

 

Rusiya agentliyinin məlumatına görə, 24 yaşlı futbolçu "Dinamo" ilə vidalaşıb. Moskvalılar yayda Macarıstan təmsilçisi MTK-dan icarəyə götürdükləri futbolçu ilə anlaşmanı qarşılıqlı razılıqla ləğv ediblər.

 

Lakin o, müqavilə ilə məxsus olduğu MTK-da da qalmayacaq. Çünki macarlar orta sahə oyunçusunun xidmətində maraqlı deyillər.


Artıq yeni komanda axtarışına çıxan Tiamla maraqlanan klublar arasında "Neftçi"nin də olduğu bildirilib. Lakin "Dinamo"nun heyətində cəmi 6 matçda iştirak edən Tiamın Azərbaycana gəlməsi üçün MTK ilə yollarını ayırması şərtdi.

 

Çünki Azərbaycanda "transfer pəncərəsi" bağlandığından, klublarımız artıq yalnız azad agent statusu daşıyan futbolçularla güclənə bilərlər.


2014-cü ildə MTK-ya keçən Xali Tiam həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da (Moskva) icarə əsasında çıxış edib.

 

"Alanyaspor"la son anda pozuluşan afrikalının Bakı komandasına keçidi 2 amildən asılıdı - "Neftçi" qonşu ölkə paytaxtını təmsil edən klubdan ayılmış 2 legionerdən birini – ya Fernandesi, ya da Vandersonu almalıdı.

 

Çünki "dinamoçular"un onlara borcu var. "Ağ-qaralar" 300 min avro versə, hansınısa ala bilər. Tiam isə onların üstündə "hədiyyə"di. Qaradərili dayaq yarımmüdafiəçisinin aylıq maaş tələbi 12-15 min dollardı.

Tarix: 13 Fevral 10:12    Oxunub: 575    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.