Türkiyə Super Liqasının 21-ci turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Antalyaspor”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xalını 44-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ilk pilləyə yüksəlib. "Başakşəhər" 43 xalla 2-ci, "Fənərbaxça" 41 xalla 3-cü pillədə qərarlaşıb.