"Barsa" deyil... Futbol tarixinin ən bahalı komandaları açıqlandı

Heyətindəki oyunçuların transfer haqqı üçün 878 milyon avro xərcləyən “Mançester Siti” tarixin ən bahalı komandası ünvanına sahib çıxıb.

 

Sportinfo.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES), Avropanın 5 ən böyük liqasında (İspanya La Liqası, İngiltərə Premyer Liqası, Almanya Bundesliqası, İtaliya A Seriyası və Fransa Liqa 1) mübarizə aparan 98 komandanın heyətini dəyərləndirib.

 

Siyahıda ikinci yeri Fransanın PSJ klubu tutur - 805 milyon avro. İngiltərənin “Mançester Yunayted” klubu (747 milyon avro) üçüncüdü.

 

İspaniya nəhənglərindn “Barselona” (725 milyon avro ilə 4-cü pillə) və “Real”ın (497 milyon avro ilə 6-cı pillə) ilk üçlüyə düşə bilməməsi diqqət çəkib.

 

Heyətini ən ucuz futbolçulardan quran komanda Fransanın “Trua” klubudu. Bu komanda indiki heyətini formalaşdırmaq üçün cəmi 2 milyon avro xərcləyib.

 

İngiltərə Premyer Liqası iştirakçıları orta hesabla 291 milyon avroluq heyət qurublar ki, bu baxımdan sözügedən ölkə digərlərini qabaqlayır.

 

Sonrakı yerləri İspaniya La Liqası (131 milyon avro), İtaliya A Seriyası (124 milyon avro), Almaniya Bundesliqası (113 milyon avro) və Fransa Liqa 1-i (97 milyon avro) tutur. İlk “onluq”da qərarlaşan klublar isə bunlardı:

 

1. Mançester Siti (İngiltərə): 878 milyon avro
2. PSJ (Fransa): 805
3. Mançester Yunayted (İngiltərə): 747
4. Barselona (İspaniya): 725
5. Çelsi (İngiltərə): 592
6. Real (Madrid, İspaniya): 497
7. Liverpul (İngiltərə): 461
8. Yuventus (İtaliya): 448
9. Arsenal (İngiltərə): 403
10. Everton (İngiltərə): 365

Tarix: 13 Fevral 10:24    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.