Cənubi Azərbaycan klubu ÇL-ə səfər məğlubiyyəti ilə başladı

Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə ilk matçına çıxıb.

 

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu startda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 0:1.

 

A qrupunda “Traktor Sazi”yə rəqib olan digər komandaların duelində isə BƏƏ “Əl-Cəzirə”si Qətərin “Əl-Qarafa” klubuna 3:2 hesabıyla qalib gəlib.

 

Cənubi Azərbaycan klubu növbəti matçını fevralın 19-da səfərdə “Əl-Qarafa”ya qarşı keçirəcək

Tarix: 13 Fevral 09:48    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.