"Kök olduğuna görə burdan kənarlaşdırılması doğrudu"

“Arsenal”ın akademiyasının rəhbəri və klubun keçmiş futbolçusu Liam Breydi hazırda “Tottenhem”də top qovan Harri Keynin vaxtilə “topçular”ın akademiyasından göndərilməsi barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Breydi İngiltərə mətbuatına açıqlamasında Keynin “Arsenal”ın akademiyasından kənarlaşdırılmasının doğru olduğunu deyib.

 

O, bu yaxınlarda Premyer Liqada 100-cü qolunu vurmuş forvardın akademiyadan atletik bədən quruluşuna malik olmadığına görə kənarlaşdırıldığını bildirib:

 

“Təəssüf ki, Harri Keynin 9-10 yaşlarında, kök olduğuna görə “Arsenal”ın akademiyasından kənarlaşdırılması doğrudu. Fiziki göstəriciləri yetəri qədər atletik olmadığı qərarı verilmişdi.

 

Bu gün baxdıqda, bu, səhv qərar idi. Ancaq unutmayın ki, “Tottenhem” də aşağı yaş qruplarında oynadığı vaxtlarda onu bir neçə dəfə icarəyə vermişdi.

 

Futbolçunun karyera hədəfi, əzmkarlığı, xarakteri onu bu gün olduğu səviyyəyə gətirdi. Bu gün Messi, Ronaldo və Levandovskidən sonra Harri Keyn gəlir. Üstəlik, cəmi 24 yaşı var”.

 

Keyn bir müddət öncə yerli mətbuata açıqlamasında çox kiçik yaşlarında “Arsenal”ın akademiyasından kənarlaşdırıldığını demişdi.

Tarix: 13 Fevral 09:36    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.