"Oğru evimdıən apardığı pulu xərcləyib və indi qaytara bilmir"

"Pullarımı oğurlayan şəxslə əlaqəm olmayıb. Onu rəfiqəmin vasitəsilə tanımışam”.

 

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova deyib.

 

Evindən 70 min manat pulu oğurlanan idmançı cinayətə əl atan şəxsin kamera vasitəsilə tapıldığını bildirib:

 

"İslam Oyunlarından sonra idmançılara pul mükafatalarının verilməsi bəlli idi və həmin şəxs bunu güman edərək mənim evimə gəlib. Oğurluq edərkən qapıda olan kameraya düşmüşdü.

 

Biz onu polisə verdik. O, ölkədən qaçdığına görə, polis həmin şəxsi 4 aydan sonra tapdı. Bizə isə deyirdilər ki, onun ölkədən çıxışına qadağa qoyulub”.

 

Pulların geri qaytarılnmasına gəlincə, F.Əzizova bunun mümkünlüyünə şübhə ilə yanaşır: "Bizə deyildi ki, istintaq aparılır və pulların qaytarılmasına çalışacaqlar.

 

Lakin digər tərəfdən də deyilir ki, oğru pulu xərcləyib və qaytara bilmir. O zaman hökm oxunanda həmin şəxsə əlavə cəza kəsilir və həbsə düşür”.

 

Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

 

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub.

 

Nəhayət, bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edilib. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb. 

Tarix: 13 Fevral 09:12    Oxunub: 111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.