Türkiyəni kənarlaşdırıb, qitə çempionatıni Rumıniyaya verdilər

26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

 

Sportinfo.az "report"un Şərqi Avropa bürosuna istinadən xəbər verir ki, bu barədə qərar Avropa Ağır Atletika və Rumıniya Ağır Atletika Federasiyaları arasında əldə olunan razılıqdan sonra bildirilib.

 

Rumıniya rəsmi ev sahibi qismində Albaniyanı əvəz edəcək. Xatırladaq ki, Avropa çempionatının təşkili hüququ ilk olaraq Türkiyəyə verilmişdi.

 

Lakin Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) dopinq qalmaqalına görə Türkiyəni bu hüquqdan kənarlaşdırdıqdan sonra, yarışa ev sahibliyi Albaniyaya keçib.

 

Öz növbəsində dopinq probleminə görə Albaniya Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi də istefa verdiyindən BAAF rəsmi Tirananın yarışı vaxtında təşkil edə bilməyəcəyini açıqlayıb.

 

Ağır atletika üzrə Avropa çempionatı iki dəfə - 1972 və 2009-cu illərdə Rumıniyada keçirilib

Tarix: 13 Fevral 09:00    Oxunub: 118    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.