Böyükağa Hacıyevin oğlu: “Atam əməliyyatdan sağ çıxmaya bilər”

Bir neçə gün öncə infarkt keçirərək xəstəxanaya yerləşdirilən “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin ikinci əməliyyata ehtiyacı var.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya oğlu Yusif Hacıyev məlumat verib. 

 

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır: “Vəziyyət stabildi. Amma ürəyi çox zəifdi. İkinci əməliyyat mütləq olmalıdı. Amma bugünkü durum üçün ürəyi zəifdi. Əgər əməliyyata girsə, ordan sağ çıxmaq şansı yoxdur”.

 

Hacıyev qeyd edib ki, atası başqa hospitala keçiriləcək: “Hələ ki, evə buraxılması müzakirə edilmir. Amma başqa hospitala köçürüləcək”.

 

Yusif Hacıyev bildirib ki, həkimlərin məsləhəti ilə atasının başqa hospitala köçürülməsi belə təxirə salınıb. 

Tarix: 13 Fevral 08:24    Oxunub: 289    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.