Avropa çempionatında uğurla çıxış edən milli üzvləri nə mükafat aldı?

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında uğurla çıxış edən yığma komandanın üzvləri ilə görüşüb.

 

Sportinfo.az AMKF-nin rəsmi saytına istinadən xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirov və I vitse-prezident Fərid Əsgərov 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan idmançıları təbrik edərək bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndiriblər.

 

Federasiya rəhbərliyi dövlət tərəfindən göstərilən qayğı müqabilində, eyni zamanda Azərbaycanın idman ölkəsi imicinin qorunması üçün bundan sonra da məsuliyyətlə çalışmağın və yüksək nəticələr göstərməyin əsas məqsəd kimi qarşıya qoyulduğunu xatırladıb.

 

Yeniyetmə və gənclər yığmalarının məşqçisi Anar Allahverdiyev qitə çempionatına hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib.

 

Görüş zamanı həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub. Yığıncağın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb.

Tarix: 13 Fevral 00:40    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.