"Dünya çempionatını yayımlamaqdan imtina etdik, çətin qərar idi”

Ukrayna televiziyası bu il Rusiyada keçiriləcək dünya çempionatını yayımlamaqdan imtina edib.

 

Spörtinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Teleradio Şurasının rəhbəri Zurab Alasaniya yerli mətbuata açıqlamasında məlumat verib.

 

O, mundialın yayım hüququna 2013-cü ildən yiyələndiklərini, lakin Rusiya ilə münasibətlərinə görə dünya çempionatını yayımlamaqdan imtina etdiklərini deyib:

 

“Bildiyiniz kimi, bu il dünya çempionatı Rusiyada keçiriləcək. Mundialın yayım hüququna hələ 2013-cü ildə yiyələnmişdik.

 

Ancaq dünya çempionatını yayımlamaqdan imtina etdik. Bu, milyonlarla vəsait tələb edən layihədi. Çətin qərar idi”.

 

Bir müddətdi Rusiya və Ukrayna arasında gərginlik müşahidə edilir. Ukrayna tərəfi məhz bu səbəbdən şimal qonşumuzda təşkil ediləcək mundialı yayımlamaqdan imtina edib.

Tarix: 13 Fevral 00:10    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.