"Milan" Cennaro Qattuzoya 2,5 illik yeni müqavilə təklif etdi

“Milan” baş məşqçisi Cennaro Qattuzoya yeni müqavilə təklif edib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

 

Xəbərdə “rossonyerlər”in rəhbərliyinin 40 yaşlı mütəxəssislə 2,5 illik, 2020-ci ilə kimi müqavilə bağlamaq istədiyi qeyd edilib.

 

Qattuzo “Milan”ın “sükanı arxasına” cari mövsümün gedişində keçib. O, Vinçentso Montellanı əvəz edib.

 

“Milan”ın baş məşqçisi kimi ilk oyunlarında uğursuz nəticələr əldə edən və buna görə sərt tənqid olunan Qattuzo son 6 matçda 14 xal qazandıqdan sonra klub rəhbərliyinin etimadını qazanıb.

 

İtaliya A seriyasının 24 turundan sonra hesabında 38 xal olan “Milan” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Tarix: 13 Fevral 00:00    Oxunub: 96    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.