Aleksandr Babiç “Qarabağ”ı Kiyev “Dinamo”suna bənzətdi

“Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Mariupol”un baş məşqçisi Aleksandr Babiç deyib.

 

Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də “Qarabağ” olub.

 

Yanvarın 25-də baş tutan “Mariupol” – “Qarabağ” qarşılaşması təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib. 

 

Yerli mətbuata açıqlamasında Türkiyə toplanışını dəyərləndirən Babiç Azərbaycan çempionunu xüsusi fərqləndirib: “Müxtəlif üslublarda çıxış edən güclü komandalarla yoxlama görüşləri keçirmək istəyirdik.

 

Yüklənmə fonunda uşaqların gücünü görmək fikrində idim. Bizdə hər şeyin alındığını demək olmaz. Ancaq ümumilikdə toplanışdan və uşaqların bir-biriləri ilə münasibətindən razı qaldım.

 

Komandamın hazırkı durumunu çox yaxşı qiymətləndirirəm. Müdafiə olunmaq baxımından “artırdığımızı” deməliyəm. Uşaqlar bu yöndə tapşırıqlarımı uğurla yerinə yetirdilər.

 

Çox yaxşı klublarla yoxlama görüşləri keçirdik. Məsələn, “Qarabağ” və “Sarayevo” Kiyev “Dinamo”su səviyyəsindədilər. Bu matçlarda gördük ki, düzgün müdafiə olunduğumuz zaman müsbət nəticə qazana bilərik” (apasport.az).

Tarix: 12 Fevral 20:24    Oxunub: 369    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.