"Zirə"dən ayrılmaq istəmirdim, mənə dedilər ki, rəhbərlik…"

Bir müddət əvvəl “Zirə”nin baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb.  

 

Qəsəbə təmsilçisinin əvəzedici heyətində Hüseynqulu Quliyevin yardımçısı olan Kamen Vasilyev bundan sonra əsas komandada çalışacaq.

 

Vasilyev “Zirə”nin əvəzedici heyətinin baş məşqçisi olduğu dövrdə də Abbasovun köməkçisi idi.
Balkanlı mütəxəssis daha əvvəl “Zirə”nin “dubl“unun baş məşqçisi vəzifəsində də çalışıb.

 

Vasilyev bura «Bakı»dan gəlib. Bir neçə il «zolaqlılar»ın uşaq futbol akademiyasında çalışıb. O, gimnastika üzrə qadınlardan ibarət millinin baş məşqçisi Mariya Vasilyevanın həyat yoldaşıdı.

 

Sən demə, 18 yaşlılardan ibarət millinin sükanı arxasına keçən Zaur Haşımov “Zirə“dən ayılmaq fikrində olmayıb.

 

Bunu özü Sportinfo.az-a açıqlayıb. Gənc mütəxəssis hər iki yerdə paralel çalışmaq istəyib, lakin…

 

«Mənə dedilər ki, yalnız bir yerdə işləyə bilərsən. Halbuki «Zirə»dən getmək fikrim yox idi. Fikrimcə, mili ilə klubdakı fəaliyyətim bir-birinə problem yaratmayacaqdı.

 

Onsuz da, 18 yaşlıların millisi yeni yaradılıb və davamlı olaraq bir yerə yığışmır. Dedilər ki, rəhbərlik belə qərar verib, mən də ayrılmalı oldum. Mən yenə də hər şeyə görə onlara öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar».

Tarix: 12 Fevral 19:48    Oxunub: 763    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.