Klubları dağıda-dağıda gedən Vaqif Cavadov…

Vaqif Cavadovun oynadığı klublar:

 

"Bakı" - Dağılıb


"Xəzər Lənkəran" - Dağılıb


"Volqa" - Dağılıb


AZAL - Adı dəyişib, I Diviziondadı


"İnter" - Adı dəyişib, Premyer Liqasında axırdan ikinci yerdədi.


"Qaziantep BB" - Adı dəyişib, Türkiyə 1-ci Liqasında 6-cı yerdədi.


"Tvente" - Bir zamanlar çempionluğa oynayan komanda Hollandiya çempionatında 16-cı yerdədi.


Bir həmkarımın sözüolmasın, adam «canlı bomba»dı, elə bil. Getdiyi hər yeri dağıdır…


Dünən Premyer Liqanın 15-ci turunda “Keşlə” “Səbail”i qəbul edib və Cavadov uzun müddət sonra Premyer Liqada meydana çıxıb.


O, matçın 72-ci dəqiqəsində Sezar Meza Kollini əvəzləyib. Bununla da, millimizin sabiq üzvünün 9 ay, 19 günlük həsrəti sona yetib.


Cavadov Premyer Liqada sonuncu dəfə ötən il aprelin 23-də, AZAL-ın heyətində “Kəpəz”ə qarşı görüşdə şans qazanmışdı. Mövsümün sonunda Şüvəlan təmsilçisindən ayrılan hücumçu uzun müddət klubsuz qalmış, nəhayət, cari mövsümün qış fasiləsində “Keşlə” ilə anlaşmışdı.


Yuri Maksimov onu tanıyıraq, bilərək almayıb. Vaqif ondan qabaq gəlib «Keşlə»yə. Zaur Axundovun xəttiylə. Yəqin ondan da kimsə xahiş edib onu. Axundov heç uzun illərdi prezidenti futzal federasiyasının bayrağı altında oynayan futzalçıların çoxunu üzdən tanımır, Vaqifi hardan tanıyasıdı? 


Vaqifin geyinmədiyi forma qalmayıb. «Qarabağ», «Qəbələ», «Boluspor», «Sumqayıt» və başqaları siyahıya salınmayıb. Futbol ondan doysa da, o, hələ futboldan doymayıb. Bəlkə də yenə ürəyində fikirləşir ki, deyəcəyi sözlər var, deməyib, amma deyəcək. Çatacağı hədəfələr var, çatmayıb, amma çatacaq. İnsandı da, xəyal aləmi genişdi, arhular nə birdi, nə iki, heç vaxt tükənmr.


İddia yaxşı əlamətdi. İnsan gərək iddialı olsun ki, nəvaxtsa məqsədinə çatsın. Futbolçu ömrü qısadı, Vaqifdə isə yaş artıq 30-un «qapısını döyür». Nəyə ümid edir belə? Əvvəlkitək qazanacağına? O pul yoxdu axı indi.

 

Milliyə qayıdacağına? Şahin Diniyev, Berti Foqts yoxdu axı indi. Qurban Qurbanovdu - ondan «Qarabağ»da iki dəfə imtina edən. Millidə növbəti 6 il onundu, Vaqif xarakteri ilə Qurbanovun yaddaşında elə iz buraxmayıb ki, yaxın gələcəkdə yolları bir də kəsişsin?


Dəyişmək üçün artıq çox gecdi. İllərini boşa verib. «Mənəm-mənəmlik» və yalnız özü üçün oynamaq xəstəliyi hədsiz geri salıb bir zaman ölkənin ən istedadlı gənc hücumçusu sayılan Vaqifi. Xəritədən silinəcək qədər.

 

MUSA

Tarix: 12 Fevral 19:00    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.