AFFA-nın klubu Uqanda yığmasının hücumçusunu icarəyə götürdü

“Səbail” heyətini yeni legionerlə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Belçikanın “Standart Lyej” klubundan Faruk Miyanı icarəyə götürüb.

 

21 yaşlı futbolçu mövsümün sonuna qədər Azərbaycan Premyer Liqasında çıxış edəcək. Faruk Miya ampluaca hücumameylli yarımmüdafiəçidir.

 

Uqandalı ölkəsinin “Vipers” klubunun yetirməsi sayılır. O, 3 il oynadığı bu komandada meydana çıxdığı 49 matçda 20 qol vurub.

 

Bununla “Standart Lyej”in diqqətini cəlb edən oyunçu 2016-cı ildə Belçikaya köçüb. Yeni klubunda keçirdiyi ilk ilində meydana çıxdığı 4 matçda 1 qol vuran Faruk son olaraq icarə əsasında “Muskron”un formasını geyinib.

 

Miyanın yığma karyerası isə daha cəlbedicidi. Uqandanın ən perspektivli oyunçularından sayılan yarımmüdafiəçi 2014-cü ildən ölkəsinin əsas millisinə çağırılır.

 

O, yığmada keçirdiyi 27 matçda 10 dəfə fərqlənib. Faruk DÇ-2018-in seçmə mərhələsində 4 qol vurmağı bacarıb.

Tarix: 12 Fevral 18:48    Oxunub: 534    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.