"Pulun qaytarılacağını deyirlər, ancaq heç kim söz vermir"

Xəbər verdiyimiz kimi, Azərbaycanın peşəkar taeкvondoçusu Fəridə Əzizovanın mənzilində oğurluq hadisəsi baş verib.

 

Sportinfo.az xəbər verir ki, idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparanın Gəncə şəhər sakini, rəfiqəsinin sevgilisi Nicat İsrafilovun olduğu məlum olub. 

 

Məsələylə bağlı “qafqazinfo”ya açıqlama verən Fəridə Əzizova Nicat İsrafilovun sərhəddə saxlanıldığını bildirib:

 

“Nicat dekabr ayında ölkədən qaçmağa çalışıb. Naxçıvandan Türkiyəyə keçmək istəyəndə sənədsiz olduğu üçün sərhəddə tutulub. 

 

Hazırda istintaq gedir. Onun bu işi tək etmədiyi düşünülür. Hələ ki, Kürdəxanıda saxlanılır. Ötən ilin dekabrında tapılıb, yanvarda isə Bakıya gətirilib.

 

İstintaq işindən narazıyam, bu müddət ərzində heç bir iş görülməyib. Pulun qaytarılacağını deyirlər, heç kim söz vermir. Hadisədən isə 5 ay keçib”. 

 

Taekvandoçu N. İsrafilovun yaxın rəfiqəsinin sevgilisi olması ilə bağlı xəbərə münasibət bildirmək istəməyib.

Tarix: 12 Fevral 19:36    Oxunub: 366    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.