"Kəpəz"in legioneri millinin üzvünün burnunu sındırıb!

"Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyov "Kəpəz"lə matçda ciddi zədələnib.

 

Sportinfo.az xəbər verir ki, sağ cinah müdafiəçisinin burnu sınıb.

 

Bu üzdəən Məhəmməd ən azı yarım ay oynamayacaq. Hətta bu müddətin bir qədər uzun çəkməsi də istisna olunmur.

 

Mirzəbəyov 74-cü dəqiqədə "Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Dieqo Qusmao ilə mübarizədə burnundan xəsarət alıb və nəticədə İlkin Qırtımovla əvəzlənməli olub. Oyunun baş hakimi Rəhim Həsənov bu kobudluğa görə Dieqoya sarı vərəqə göstərib. 

 

Ümumiyyətlə, “ağ-qaralar” Antalya toplanışı çərçivəsində iki itki ilə üzləşib. Belə ki, gənc oyunçular – müdafiəçi Ömər Buludov və yarımmüdafiəçi Elnur Cəfərov bir müddət komandaya kömək edə bilməyəcək.

 

Buna səbəb adıçəkilən futbolçuların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən zədəli dönmələridi.

 

Antalyada bir neçə yoxlama görüşündə qüvvəsini sınayan U-21-in heyətində zədələnən Elnurla Ömərin durumuna aydınlıq gəlib.

 

Həkim müayinəsindən sonra bəlli olub ki, 21 yaşlı Cəfərov 1 ay, 20 yaşlı Buludov isə 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Tarix: 12 Fevral 18:00    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.