Azərbaycanlılar Manavqatda

Azərbaycanlı atletlər Elşən Quliyev və Nərmin Quliyeva Türkiyənin Antalya bölgəsində Manavqat ultramarafonunda iştirak ediblər.

 

Sportinfo.az xəbər verir ki, “Baku Marafon Club”un üzvləri 70 km məsafə üzrə yarışıblar. İştirakçılara məsafəni qət etmək üçün 13 saat vaxt verilib.

 

E.Quliyev finiş xəttini 11 saat 10 dəqiqəyə, N.Quliyeva isə 11 saat 20 dəqiqəyə keçib. Xanım atlet öz qrupunda 5-ci yeri tutub.

 

Hər iki idmançı ultramarafonun xüsusi medalı ilə təltif olunub. Onlar həmçinin 27 avqust – 2 sentyabrda təşkil olunacaq “Mont Blanc” ultramarafonuna 3 lisenziya xalı qazanıblar.

Tarix: 12 Fevral 17:48    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.