“Barselona” 6 il sonra...

“Barselona” İspaniya La Liqasının 23-cü turunda gözlənilmədən evdə “Xetafe” ilə qolsuz bərabərə qaldı.

 

Sportinfo.az xəbər verir ki, “Xetafe” bu nəticə ilə 10 illik antirekorda son qoydu.

 

Belə ki, bu klub son 10 ildə ilk dəfə “Barselona” ilə “Nou Kamp”da keçirilmiş matçda qol buraxmamağı bacardı.

 

“Barsa” isə 2012-ci ildə baş tutmuş “Real”la qarşılaşmadan sonra ilk dəfə birinci hissədə rəqib qapıya zərbə vura bilmədi.

 

Kataloniya təmsilçisi xal itkisinə rəğmən, La Liqada liderliyini davam etdirir. “Barselona”nın hesabında 59 xal var.

Tarix: 12 Fevral 17:36    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.