"Neftçi" yeni futbolçusunun transfer vərəqini ala bilmir - Kamilin növbəti hoqqası

«Neftçi»nin qış fasiləsində rənglərinə bağladığı 3 legionerdən ikisi – Fransisko Qarsiya ilə Lukas Qomes dünən meydana çıxdı.

 

Mayk Kampasın adı isə «Kəpəz»lə matçın iştirak ərizəsinə salınmadı. 


Ümumiyyətlə, kolumbiyalı yarımmüdafiəçinin Prenmyer Liqanın növbəti turunda forma geyinməsi hələ də sual altındadı.

 

30 yaşlı əcnəbinin «Sumqayıt»la görüşdə debüt etməsi üçün transferinə icazə verən sənədin mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) oturdulması lazımdı. Bakılılar bu problemi çözməyə çətinlik çəkir.

 

Sportinfo.az-da olan məlumata görə, şəxsi müqaviəlyə qol çəkən Kampasın işi menecerlər arasında yaranan qalmaqal üzündən yubanır. Belə ki, onu hələ ötən ilin dekabrında «Neftçi»yə təklif edən agent öz haqqını istəyir.

 

Çünki klubun legioner bazarını monopoliyaya götürən Kamil Məmmədov ona fırıldaq gəlib. Özü də bir yox, iki dəfə.

 

Azərbaycanda bütün klub rəhbərləri və məşqçilərinin saman altından su yeridən dəllal kimi tanıdığı Məmmədov «Neftçi»nin Kampasdan imtina xəbərini qarşı tərəfə çatdırıb və beləliklə, həmkarını «oyundan çıxarıb».

 

Ara sakitləşəndən, yəni, bir müddət keçəndən sonra isə kolumbiyalını öz kanalıyla düşərgəyə gətizdirib. Bunu bilən həmin menecer Antalyanı bir-birinə vurub, hətta Kamil Məmmədovu ayağının altına alaraq döymək istəyib.

 

Qorxusundan «Neftçi»nin məskunlaşdığı otelin bir küncündə gizlənən fırıldaqçı araya tanış adamlar salaraq, qarşı tərəfi sakitləşdirib. Bu məsələnin kökündən xəbəri olmadığını və Kampasın transferinə girişməyəcəyini söyləyib.

 

Əvəzində adını açıqlamaq istəmədiyimiz agentə 5000 manat verməyə hazır olduğunu bildirib. Təbi, o, bununla razılaşmayıb. Odu ki, UCR-dan - Kosta-Rika klubundan onun transfer vərəqini almaq müşkülə çevrilib.

Tarix: 12 Fevral 17:24    Oxunub: 1162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.