"Mən hazıram, problem yoxdu"

“Maraqlıdı, ötən gün keçirilən oyunlarda da bərabərlik qeydə alınmışdı.

 

Bizim görüş də heç-heçə başa çatdı. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır.

 

Bizim qarşılaşma da belə oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Gələn oyunda daha yaxşı çıxış etməyə çalışacağıq".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlamasında deyib.

 

28 yaşlı hücumçu oyunlara tam hazır olduğunu söyləyib: "Məşqlərimiz edirik. Baş məşqçi qərar verir və hər kəsə diqqət yetirir.

 

Sadəcə, bu gün belə qərar verildi və mən oyuna sonradan daxil oldum. Mən tam hazıram və problem yoxdu. Əsas komandamızın uğur qazanmasıdı".

 

9 ay 19 günlük fasilədən sonra Azərbaycan Premyer Liqasında oyuna çıxan Vaqif çempionatımız üçün darıxdığını deyib: "Bəli, Darıxmışam. Hələ oyunlarımız qabaqdadı. İnşallah, yaxşı olacaq".

 

Oyuna sonradan daxil Cavadov bunun fiziki göstəricisi ilə əlaqəli olmadığını deyib: "Xeyr, bunun heç bir aidiyyatı yoxdu".

Tarix: 12 Fevral 17:12    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.