"Belə oyunlarda sual bu tərzdə qoyulmalıdı: biz necə oynadıq?"

“Barselona”nın futbolçusu Andres İnyesta İspaniya çempionatının 23-cü turunda “Xetafe” ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, İnyesta komandada yorğunluq olduğunu deyib. O, bütün turnirlərdə iştirak etdikləri üçün belə alındığını vurğulayıb:

 

“Yanvarda və fevralda həmişə belə olur. Biz bütün turnirlərdə iştirak edirik ki, bu da yorğunluğa səbəb olur.

 

“Xetafe”nin müdafiə olunmaq qabiliyyətinə gəldikdə isə, hesab edirəm ki, belə komandalar hücumda nəyəsə nail olmaq şanslarını heçə endirirlər.

 

Belə oyunlarda sual bu tərzdə qoyulmalıdı: biz necə oynadıq? Final fitinə qədər mübarizə apardıq və qələbə qazanmaq üçün hər şey etdik”.

Tarix: 12 Fevral 17:00    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.