Dario "Kəpəz"ə özbaşına qayıdıb – Kapitana zəng, telefonundan silinən nömrələr…

«Kəpəz» dünən yenilənmiş heyəti ilə ilk rəsmi matçına çıxdı.

 

Bakıda əzəli rəqibin – «Neftçi»nin qonağı olan Gəncə təmsilçisi son dəqiqələrdə buraxdığı qola üzüldü və derbidən məğlub ayrıldı. 


Oyundan sonra qonaqların baş məşqçisi Yunis Hüseynov həm bəxtdən, həm də Dario Federikonun yoxluğundan şikayətləndi.

 

Onun fikrincə, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə olmalıydı və əgər braziliyalı hücumçu meydana çıxsaydı, sonluq başqa cür gətirəcəkdi.


Ötən yay ayrıldığı «Kəpəz»ə bu qış fasiləsində geri dönən Darionun problemi yaranıb. Belə ki, sezonun ilk yarısın 


Cənibu Koreyada - “Seonqnam”da keçirən cənubi amerikalının sənədləri qaydasına salınmayıb. Onun Asiyadan “Kəpəz”ə gəlməsinə icazə verən sənəd mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) düzgün oturdulmayıb və bu da Darionun “Neftçi” ilə matçda oynamasına əngəlləyib.


«Sambaçı» karyerası ərzində 5 klubda oynasa da, ən yaxşı göstəricisi “Kəpəz”dəki vaxtlarına təsadüf edir. 34 oyuna 7 qol vurub. Cənubi Koreyada zədə üzündən heyət üzü görməyən futbolçu elə karyerası ərzində ümumilikdə 128 matçda 18 dəfə fərqlənib.


Dünən yoxluğunu «Kəpəz»ə hiss etdirən braziliyalı, sən demə, bura menecersiz dönüb. O, kapitan Şəhriyar Rəhimovla əlaqə saxlayaraq, yenidən göy-sarı formanı geyinmək istədiyini söyləyib. Rəhimov da öz növbəsində baş məşqçiylə danışıb, razılığını alıb və beləcə, qayıdış reallaşıb.

 

Lakin Dario Azərbaycana gəlməsini “Seonqnam” rəhbərliyinə bildirməyi unudaraq, transfer vərəqini göndərmələrini istəməyib. Üstəlik, koreyalılara aid bütün əlaqə ünvanlarını telefonunun yaddaşından silib.

 

Onun səhlənkarlığı «Kəpəz» rəsmilərinə matçdan öncəki gün məlum olub. Gəncəlilər yardım üçün AFFA-ya müraciət edib, gəl ki, qarşı tərəf iş gününün olmadığını əsas göstərərək, məsələyə operativ yanaşmayıb.

 

SPORTİNFO.AZ

Tarix: 12 Fevral 16:24    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.