“Qarabağ” - Azərbaycanda ən çox heç-heçə edən komanda

Premyer Liqanın 15-ci turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

 

Özünün 736-cı matçında “sülh”lə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadı. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

 

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib. “Qarabağ” - “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.

Tarix: 12 Fevral 16:00    Oxunub: 73    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.