"Hazıram" - O, tənbəl deyil, "Neftçİ"nin qəhrəmanıdı!

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XV turu çərçivəsində "Neftçi" "Kəpəz"i yeganə qolla yendi.
 
 
Oyuna sonradan daxil olan Mirabdulla Abbasova qəhrəmana çevrilmək üçün 4 dəqiqə bəs etdi.
 
82-ci dəqiqədə oyundaşını əvəz edən forvard 86-da tablodakı sıfırlardan birini pozdu və bu qələbə bakılıların baş məşqçisi Tərlan Əhmədovu rahatlatdı.
 
Baxmayaraq ki, çalışdırıcı oyundan sonra bu hücumçunun cəmi 20-25 dəqiqə oynamaq gücündə olduğunu bildirdi.
 
Amma Mirabdulla belə düşünmür. O, matçdan həmən sonra açıqlamasında tam hazır olduğunu söylədi:
 
- Çox vacib qələbə idi. Psixoloji cəhətdən vacib oldu. Təlim-məşq toplanışındakı məğlubiyyətlər səbəbindən üzərimizdə təzyiq var idi. Qələbə yerinə düşdü. Şadam ki, qol vurdum.
 
- Vacib anlarda qələbə qolunu vurursan. Amma bu gün baş məşqçi start heyətdə 20 kq artıq çəkisi olan futbolçuya şans verir...
- Bu, baş məşqçinin seçimidir. Mən hər seçimə hörmətlə yanaşıram. İşim meydana çıxıb qol vurmaq və komandama kömək etməkdir.
 
Antalyadakı təlim-məşq toplanışında bütün oyunlarda məğlub oldunuz. Komanda üzərində böyük basqı var idi. Bu, qarşılaşmadan öncə hiss olunurdu?
- Təbii ki, üzərimizdə təzyiq var idi. Bizim üçün çətin idi. Ancaq sevinirəm ki, qalib gəldik.
 
Baş məşqçi bildirdi ki, tənbəlsən və matçı tam şəkildə oynamaq üçün hazır formada deyilsən. Bəs, sən 90 dəqiqə oynamağa hazırsan?
- Hazıram.
 
"Neftçi" bu qələbə ilə təzyiqləri azalda biləcək?
- "Neftçi"nin üzərində həmişə təzyiq var. Bizə qalib gəlmək lazım idi. Şükürlər olsun ki, bacardıq.
 
"Sumqayıt"la xal fərqi ikiyə endi. Növbəti turda məhz bu komandanın qonağı olacaqsız...
- Bəli, 6 xallıq oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələrək turnir cədvəlində "Sumqayıt"ı qabaqlayaq.
Tarix: 12 Fevral 15:00    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.