“Neftçi” - “Kəpəz” derbisi 2000 toplayıb? - FOTOLAR

Premyer Liqada qış fasiləsi başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, dünən yeni ilin ilk - 15-ci turun oyunlarına yekun vurulub.

 

Artıq bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəlli olub. Ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.

 

Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub.

 

Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib. “Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib.

 

“İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb.

 

Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.

 

No automatic alt text available.Image may contain: 2 people, people smiling, outdoorImage may contain: one or more people and stadiumImage may contain: 2 peopleImage may contain: one or more people

Tarix: 12 Fevral 14:36    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.