Rüşvətpərəst Məmmədovu bu sözə görə təhqir etdilər və döymək istəilər!

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov növbəti dəfə qalmaqalla üzləşib.

 

Sportinfo.az-ın məlumatına görə, Pərviz Bağırov püşvətsevər hakimbaşını təhid və təhqir edib.

 

Dörd ildi hakimlik edən gənclər millimizin və Sumqayıt «Xəzər»inin keçmiş hücumçusu X.Məmmədovla görüşərək, ona «niyə mənə oyun vermirsən» deyə, sual verib.

 

Vaxtilə UEFA Kubokunda «qonaqlar 15 dənə verirlər» sözüylə öz iç-üzünü ortaya qoymuş sədr Pərvizə «yaxşı edirəm, get, öz işinlə məşğul ol» söyləyib.

 

Aldığı cavabdan xoşlanmayan Bağırov Məmmədova «dişinin dibindən çıxanları» yağdırıb, hətta yaxasından yapışaraq döymək istəyib.

 

Onu yaxınlıqda olan həmkarı Ramiz Məhərrəmov sakitləşdirməyə çalışıb, daha sonra aranın lap qızışacağını görərək, onu hadisə yerindən uzaqlaşdırdı.

Tarix: 12 Fevral 14:00    Oxunub: 1081    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.