AFFA-dan maliyyələşən 4 “qardaş”ın qarşılaşmasını izləyək!

Premyer Liqada 16-cı tura fevralın 17-də start veriləcək.

 

Turun oyunlarının iki gün ərzində keçirilməsi nəzərdə tutulub.

 

Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçı Qəbələdə keçiriləcək. Turnir cədvəlinin 2-ci pilləsindəki “Qəbələ” 3-cü yerdə qərarlaşmış “Zirə”ni qonaq edəcək.

 

Lider “Qarabağ” isə bu tur “Səbail”in qonağı olacaq. Bu turda AFFA-dan maliyyələşən 4 “qardaş”ın qarşılaşmasına da şahidlik edəcəyik. “Neftçi” səfərdə “Sumqayıt”la üz-üzə gələcəksə, “Kəpəz” “Keşlə”ni qonaq edəcək.

 

17 fevral

Kəpəz - Keşlə
Qəbələ - Zirə

 

18 fevral

Səbail - Qarabağ
Sumqayıt - Neftçi

Tarix: 12 Fevral 13:36    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.