Moskvada sürücü işlədi, millimizə baş məşqçi gətirildi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib. 


AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, müqavilə müddəti başa çatan İlham Əzizzadəni Zeynal Zeynalov əvəzləyib. 


Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib. Əvvələr böyük futbolda «Bakı»nın formasını geyinmiş Əzizzadə bundan sonra bütün diqqətini AFFA-nın təşkil etdiyi məşqçi kurslarına verəcək. Təlimatçı olaraq.


Sportinfo.az-ın məlumatına görə, Zeynalov son günlərədək Moskvada çalışıb. İdmandan tamamilə uzaq bir sahədə. 1 ilə yaxın müddətdə, yaxın qohumlarının yanında. Həm ticarət obyektində, həm də sürücü kimi.


O, inişilədək millidə idi. Komandanı I divizionuna çıxarandan sonra işindən ayrılmışdı. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi tərəfindən aldadıldığını görəndən sonra.

 

AFFA-nın baş katibi Elxan Məmmədovun dostu olan F.Novruzi Zeynalova müxtəlif vədlər versə də, heç birini yerinə yetirməmişdi. Bu dəfə məsələyə AFFA rəhbərliyi qarışıb.

 

Tarix: 12 Fevral 13:24    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.