Böyükağa Hacıyevin xəstəxanadan FOTOsu yayıldı

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib.

 

Onun sözlərinə görə, artıq Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu.

 

Buna baxmayaraq, onun ürəyinə iki stent qoyaraq, vəziyyətində sabitlik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir.

 

Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidi. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək".

 

Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub.

 

Onun ürəyinə iki stent qoyulub. Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridi (report).

 

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə məlumat verib ki, Hacıyev daha iki gün Mərkəzi Klinik Xəstəxanasında qalacaq. 

 

Onun sözlərinə görə, sabiq baş məşqçinin endokrinoloji problemləri də olduğu üçün həkim nəzarəti altında saxlanılması məqsədəuyğun sayılıb. 

Tarix: 12 Fevral 13:12    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.