"Xəzər Lənkəran"a pul gətirən ticarət obyektləri bağlanır

«Xəzər Lənkəran»ın peşəkar futboldan çəkilməsi eyniadlı stadionun işini çətinə salıb.

 

Arenanın ərazisində fəaliyyət göstərən mağazalar bir-birinin ardınca bağlanır.

 

Burda əvvəllər 10-dan artıq obyekt çalışırdısa, hazırda onların sayı xeyli azdı. Bu da, təbii ki, stadionun işçi personalının maddi durumuna mənfi təsir edir. Axı onlara əməkhaqqı bu mağazalardan yığılan icarə pulundan ödənilir.

 

Belədə güc yenə «Palsüd»ə düşür. Süd zavaoduna rəhbərlik edən isə buranın keçmiş direktoru Höccət Hacıyevdi.

 

12 il stadiona rəhbərlik etmiş, əvvəl idman qurğusunun tikintisindən, sonra işlənməsindən külli miqdarda pul çırpışdırmış, özünə mal-mülk almış Hacıyev sabiq əməkdaşlarına nə verəcək axı?

 

Cəmi 5 işçsi qalıb – 3 xadimə, 2 fəhlə. Höccət bəydən heç qışın oğlan çağında Tuyqun Nadirov havayı buz ala bilməz, qaldı sıravilər!


Stadionun direktoru Hüseyn Cəbrayıloğlu yaranmış problemin səbəblərini Sportinfo.az-a belə açıqlayıb:

 

«Əsas komanda olan vaxt obyektlərin hamısı dolu idi. Burda iki amil var. Birincisi, nəzərə alsaq ki, komanda 10 gündən bir bu stadionda meydana çıxırdı və hər dəfə də 10-12 mindən artıq adam gəlirdi, obyektlərə tələbat çox böyük idi.

 

İcarəyə yer istəyənlər fikirləşirdi ki, rahat pulumu çıxaracam. Oyun olan gün 10 günün alverini edirdilər. Karnaval formasında.

 

İndi komanda yoxdu, icarədar görür ki, alver yoxdu, mağazanı bağlayır. İkinci vacib amil odu ki, əvvəl stadionun yaxınlığında böyük bir hərbi hissə yerləşirdi. 


Oranın olmaması dükanlara çox təsir edir. Ona görə də indi cəmi 5-6 mağaza fəaliyyət göstərir. Yarısı isə boşdu.

 

Düzdü, kimsə icarə haqqını vaxtında ödəyə bilmir, gecikdirir, amma biz şirkət olaraq bunu həmişə nəzərə almışıq, bu gün də nəzərə alırıq. Nə də olsa, yola veririk".

Tarix: 12 Fevral 12:36    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.