“Neftçi”nin yeni legioneri: "Karyeram boyu beləsi olmayıb"

“Neftçi”nin yeni transferi Fransisko Qarsia "Kəpəz"i evdə 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 15-ci tur matçından sonra brifinq keçirib.

 

Sportinfo.az paraqvaylı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

 

Ümumiyyətlə, "Neftçi" istədiyi oyunu göstərə bildi?

- Məncə, bu, uzun yolun başlanğıcıdı. Hələ indi-indi addımlar atırıq. Növbəti oyunlarda istədiyimizi daha yaxşı yerinə yetirə biləcəyik. 

Komandada uyğunlaşma dövrünü keçə bilmisən?
- İlk növbədə, komandada yaxşı birlik var. Bundan əlavə, baş məşqçi ilk gündən mənə etimad göstərib. Çalışıram ki, buna meydanda cavab verim.

 

Uzun yolun sonunda hansı nəticəni gözləyirsiz?
- Hər oyunda artırmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, qələbələri sıralamağa və hədəfimizə çatmağa çalışacağıq.

 

Yoxlama matçında Rusiyanın "OİK-Xabarovsk" komandasına 1:8 hesabı ilə uduzdunuz. Karyeranızda belə məğlubiyyət yaşamışdız?
- Xeyr, karyeram boyunca belə nəticə olmayıb. Amma futbolda bu cür hallar da baş verir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, öz üzərimizdə işləmək lazımdı.

 

Yeni komandanızdan nə gözləyirdiz və nəyi gördüz? 
- Gözlədiyimdən daha effektli futbol gördüm. Çünki bütün komandalar sonadək mübarizə aparırlar. Komandaların çoxunun səviyyəsi eynidi. Qarşıda bizi çətin yol gözləyir. Lakin bu yolda uğurla irəliləməyə çalışacağıq.

 

Artıq çəkidən əziyyət çəkən forvardı qol epizodları ilə təmin etməyiniz sizə nə dərəcədə çətinlik yaradır? 
- Hər bir futbolçunun öz oyun üslubu var. Mənim də üzərimə düşən odu ki, hücumçuları və irəlidəki oyunçuları ötürmələrlə təmin edim. Bu işi yerinə yetirirəm və bu oyunda çətinlik görmədim.

Tarix: 12 Fevral 12:24    Oxunub: 303    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.