"Ronaldo “Real”da xoşbəxt olmasaydı, komandanı tərk edərdi"

“Real”ın futbolçusu Marselo Junior komanda yoldaşı Kriştiano Ronaldo barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, son vaxtlar mətbuatda məlumat yayılır ki, Ronaldo “Real”da xoşbəxt deyil və “kral klubu”nu tərk etmək istəyir.

 

Marselo məsələ ilə bağlı fikirlərini bölüşüb: “Hesab etmirəm ki, Ronaldo “Real”da xoşbəxt deyil. Əks təqdirdə, komandanı tərk edərdi. O, komandaya kömək etmək üçün əlindən gələn hər şeyi edir.

 

Kriştiano böyük əzmə sahib olan yetkin bir insandı. Ona görə də, onun xoşbəxt olmadığı fikrini qəbul etmirəm. Hamı Ronaldonun nəyə qadir olduğunu və indiyə qədər klub üçün nələr etdiyini yaxşı bilir”.

Tarix: 12 Fevral 12:12    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.