"Heyfslənirəm ki, o cür şanslar qazandım, amma fərqlənə bilmədim"

"Yeni taktiki sxemlə oynadıq. Normal alındı. Qış fasiləsindən sonra ilk oyun idi.

 

Heç kim risk etmək istəmirdi. Heyfslənirəm ki, o cür şanslar qazandım, amma fərqlənə bilmədim. Gələn oyunlarda alınar".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in hücumçusu Vüqar Nadirov Premyer Liqanın 15-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

 

O, yeni taktikaya öyrəşmək üçün zamana ehtiyac duyduqlarını bildirib: "Təzə oyunçular da gəlib. Uyğunlaşmağa vaxt lazımdı.

 

"Səbail" bir daha göstərdi ki, heç bir rəqibdən aşağı səviyyədə oynayan komanda deyil və gəlib 4-5 qol vursunlar. Çalışacağıq ki, belə davam edək.

 

 Bu taktikada Samir müəllimin tapşırıqlarını etməyə çalışırdıq. Yoxlama görüşlərində tətbiq etmişdik. Lakin hazırlıq matçları ilə rəsmi görüşlərin fərqi var. "Keşlə"ni əks-hücumlarda yaxalayırdıq".

Tarix: 12 Fevral 11:00    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.