“Qarabağ”a transferini təşkil edə bilmədi, agentini qovdu!

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiat meneceri Siyabulela Loyane ilə yollarını ayırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “thestandard.co.zw” məlumat yayıb.

 

Saytın yazdığına görə, buna agentin onun Avropa klublarına transferini təşkil edə bilməməsi səbəb olub. Zimbabveli hücumçu hazırda çıxış etdiyi Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunu qış fasiləsində tərk etmək istəsə də, Loyalenin səriştəsizliyi buna mane olub.

 

Nəticədə 27 yaşlı forvard meneceri ilə əməkdaşlığa son qoyub. Məlumatı CAR mətbuatına açıqlamasında Loyale özü də təsdiqləyib:

 

“Billiat artıq mənim müştərim deyil. Futbolçunun Avropa klublarına keçidini təmin edə bilmədiyim üçün bir neçə gün öncə münasibətlərimizə son qoyduq. Onun hazırda hansı agentlə işlədiyini bilmirəm”.

 

Zimbabve mətbuatı Billiatla İtaliyadan “Napoli”, Belçikadan “Brügge” və “Oostende”, son olaraq isə Azərbaycandan “Qarabağ” və İsveçdən “Dyurqarden” klublarının ciddi maraqlandığını yazıb.

Tarix: 12 Fevral 10:00    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.