"Zirə"nin yeni hücumçusu: "Əgər məni 11 futbolçuyla eyni meydana qoysaz..." - MÜSAHİBƏ

"Zirə"nin yeni transferi Comal Uilyams Premyer Liqanın 15-ci turunda "Sumqayıt"la bərabərə qaldıqları oyunn (1:1) barədə danışıb.

 

Sportinfo.az 23 yaşlı trinidad və tobaqolu hücumçunun müsahibəsini təqdim edir:

 

Debüt oyunun necə keçdi?

- “Zirə”də debütüm idi. Hər şey yaxşıdı. Yeni transferlərimiz var və onlardan biri də mənəm. Meydanda bir-birimizi anlamağa çalışırıq. Adaptasiya dövrünü keçirik. Çalışırdıq ki, baş məşçimizin tapşırıqlarını meydanda həyata keçirək. Bir daha söyləyim ki, hər şey qaydasındadı. Nəticəni də normal hesab edirəm.

 

Komandaya uyğunlaşmağın uzun çəkməyəcək?

- Futbol hər yerdə eyndi. Adaptasiyanın mənim üçün heç də çətin olmayacağını düşünürəm. Çünki bacardığım qədər komandaya və kollektivə tez uyğunlaşacam.

 

Futbol hər yerdə futboldur. Bunu düz vurğuladın. Amma Azərbaycanda fərqlidir. Çünki stadionların əksəriyyətinin meydanı süni otdur. Bu, sənə problem yaratmayacaq?

- Həyatdı, əgər məni 11 futbolçuyla eyni meydana qoysaz, həmin uşaqlarla futbol ehtirası üçün birgə irəliləyəcəm. Düşünürəm ki, çətinlik yaratmayacaq. 11 nəfər komanda yoldaşlarımla meydana çıxacağıq və oyunumuzu nümayiş etdirəcəyik.

 

İlk hissəyə nisbətən, fasilədən sonra daha aktivləşdiniz. Baş məşqçi sizə nə tapşırmışdı?

- Bizə bacardığımızdan daha artığını etməli olduğumuzu və irəli getməyimizi tələb etdi. Məncə, ikinci hissədə biz daha üstün idik.

Tarix: 12 Fevral 09:24    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.