Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib. Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

 

Sportinfo.az xəbər verir ki, milli komanda mötəbər çempionatda bir bürünc medal qazanıb.

 

+78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.

Tarix: 12 Fevral 00:50    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.