Şeydayevlə Ramazanov “Qarabağ”a qələbə qazandırdı

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında qış fasiləsi yekunlaşıb.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

 

“Zirə” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib. “Qarabağ” isə doğma meydanda “Qəbələ” ilə qarşılaşıb.

 

Hər iki tərəfin əsas komandanın bəzi oyunçularına da şans verdiyi görüşdə 8 qol vurulub. Matçın ilk hissəsində meydan sahiblərinin 3 qoluna “qırmızı-qaralar” Kamran Quliyevin topu ilə cavab verib.

 

Fasilədən sonra isə hər komana iki dəfə fərqlənib. Hissənin əvvəlində “Qarabağ”, matçın sonlarında isə “Qəbələ” bunu bacarıb.

 

Emin İmaməliyevin baş məşqçisi olduğu komandada Elvin Məmmədov dubla imza atıb. Onun ilk qolu “qırmızı-qaralar”ın cari mövsümdə rəqib qapılarından keçirdiyi 50-ci top olub.

 

Beləliklə, “Qarabağ”la səfər matçında 3:5 hesabı ilə uduzan əvəzedicilər mövsümdə ikinci məğlubiyyətini alıb. 15 oyundan sonra hesabında 35 xal olan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

Zirə – Sumqayıt 1:1
Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.

 

Qarabağ – Qəbələ 5:3
Ramil Şeydayev, 21. Ağabala Ramazanov, 34; 45. Salman Cəfərov, 47. Famil Camalov, 61 - Kamran Quliyev, 38. Elvin Məmmədov, 85; 87.

Tarix: 12 Fevral 00:00    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.