"Çalışacam, "Kəpəz" 7-ni tutsun və liqada yerini qoruyub saxlasın"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov sualları cavablandırıb. 

 

- Bu gün yeni “Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım. Düzdü, rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. “Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, komanda daha bir-iki turdan sonra komanda tam komplektləşəcək.

 

Dario Frederiko bu gün oyunun iştirak nəticəsinə salınmamışdı...
- Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Onun qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi.

 

Sanki Dieqo Souzanın artıq çəkisi var idi...
- Onun artıq çəkisi yoxdu. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədi. “Xəzər Lənkəran”da oynayanda da bu cür çəkisi var idi.

 

Bu gün komandanı meydana qələbə üçün çıxarmışdız?
- Əlbəttə, sadəcə, komanda hələ yenidi. Buna görə, hələ tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı.

 

Vinçesteri erkən əvəzləməyinizə səbəb nə idi?
- Vinçester komandaya yeni qoşulub. Onu meydana buraxmaqla, təcrübəsindən yararlanmaq istədim. Ancaq hələ komandaya tam uyğunlaşmayıb.

 

Artıq yeni komanda formalaşdırmısız...
- Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.

 

Antalyada komandanın oyununu Darionun üzərində qurmuşduz. Bu, çempionatda da belə olacaq?
- Antalyada keçirdiyimiz oyunların heç də hamısında oyunu Darionun üzərində qurmamışdıq. Fikrimcə, bu gün meydana çıxsaydı, nəticə başqa cür olardı.

 

Komandadan razı qaldığınızı dediz, bəs narazı qaldığınız məqamlar nələrdi?
- Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı.

 

Reqlamentə görə, çempionatda 8-ci yeri tutan komanda aşağı liqaya düşməlidi. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı çoxaldılsın və 8-ci yeri tutan komanda yüksək liqada qalsın...
- Bu barədə siz daha yaxşı bilərsiz (gülür). Mənim bu barədə heç bir məlumatım yoxdu. Sadəcə, çalışacam ki, komanda ən azı çempionatı axırdan ikinci pillədə başa vursun və yüksək liqada yerini qoruyub saxlasın.

Tarix: 11 Fevral 20:12    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.