Kamran: "Özümdən narazı qaldım, kobud səhvə yol verdim"

"Birinci oyun idi. Ona görə də indidən nəsə demək olmaz. Uduza da bilərdik, uda da bilərdik. Həm rəqibin, həm də bizim imkanlarımız oldu".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqanın 15-ci turunun “Səbail”lə oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında “Keşlə”nin kapitanı Kamran Ağayev deyib.

 

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan təcrübəli qolkiper öz oyunundan narazı qaldığını bildirib:

 

“Öz çıxışımdan narazı qaldım. Kobud səhvə yol verdim. Amma futboldur, hər şey ola bilər. Əsas odur, sonradan toparlana bildik. Gələn oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq”.

 

Ağayev “Keşlə”nin hazırkı heyətinin yaxşı nəticələr qazanmağa qadir olduğunu söyləyib: “Hər şey ola bilər. Oyundan əvvəl baş məşqçi öz analizlərinə uyğun heyəti meydana buraxır. Özümüzə inanmasaq, bu işlə niyə məşğul oluruq ki?!

 

Sonda “İnter Arena”nın bərbad vəziyyətdə olduğunu deyən Kamran bu cür meydançada məşq edərkən belə ehtiyatlı olduqlarını qeyd edib: “Bəzi amillər var ki, komandaya mənfi təsir göstərir.

 

Kənardan bəlkə də yaxşı görünür. Ancaq meydança bərbad gündədi. Futbol oynanılası halda deyil. Eşitdiyimə görə, “Sumqayıt”ın da meydançası belədir. 2 ildir Azərbaycan çempionatında oynamıram. Meydança çox pis haldadır. Düşünün ki, məşqi belə ehtiyatla edirik”.

Tarix: 11 Fevral 19:59    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.