"Kəpəz" yaxşı oynadı, Mirabdulla "Neftçi"ni xilas etdi

Bu gün Premyer Liqada 15-ci tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.

 

Öncə iki paytaxt klubu - “Keşlə” və “Səbail” üz-üzə gəlib. Yeni baş məşqçi ilə meydana çıxan yenilənmiş "Keşlə"nin çıxışı maraqla gözlənilirdi.

 

Transfer qadağası aradan qalxan paytaxt klubu fasilədə heyətini gücləndirib. Elə “Səbail” də heyətinə yeni futbolçular cəlb edib. Turun ilk iki oyununda olduğu kimi, bu komandaların dueli də heç-heçə başa çatıb.

 

Tura “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulub. Qış fasiləsində Antalyada keçirdiyi bütün oyunlarda uduzan "ağ-qaralar"ın çempionatda hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi.

 

Bu matçın da heç-heçə bitəcəyi gözlənilsə də, son dəqiqələrdə səhnəyə çıxan Mirabdulla Abbasov paytaxt klubuna qələbə gətirən qola imza atıb. 

 

“Keşlə” – “Səbail” 1:1
Qol: P.F.Azad, 55 - F.Muradbəyli, 34.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 40.Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 23. Ayron Stati, 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 24. Ruslan Əmircanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue, 21. Murtuz Abakarov, 10. Nurlan Novruzov, 92. Vaxıt Orazsaxedov.
Baş məşqçi: Samir Əliyev.

 

"Neftçi” – "Kəpəz” 1:0
Qol: M.Abbasov, 86.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
Bakı. 8-ci km stadionu.

“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 3. Fərid Abbaslı, 20. Elnur Süleymanov, 77. Elvin Sərkərov, 25. Kiril Petrov
Baş məşqçi: Tərlan Əhmədov.
“Kəpəz”: 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 13. Şəhriyar Rəhimov (k), 15. İqor Korotetski, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao, 20. Tərzin Cahangirov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 7. Roman Hüseynov, 5. Tural Nərimanov, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov, 10. Tural Rzayev.
Baş məşqçi: Yunis Hüseynov.

Tarix: 11 Fevral 19:20    Oxunub: 394    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.