Portuqaliya tarixində ilk dəfə Avropa çempionu oldu!

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, Lyublyanada keçirilən həlledici qarşılaşmada Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.

 

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtın sonuncu dəqiqəsində daha bir qol vuran Portuqaliya millisi 3:2 hesablı qələbə qazanmaqla tarixində ilk dəfə Avropa çempionu olub.

 

Buna qədər yalnız İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya (1) milliləri qitənin ən güclüsü adını qazanmışdılar. 

 

Qitə birinciliyinin bürünc medallarına isə Rusiya yığması sahib çıxıb. Ruslar təsəlliverici finalda Qazaxıstandan üstün olublar – 1:0. 

 

Azərbaycan millisi Avropa çempionatında mübarizəni 1/4 finalda dayandırıb. Yığmamız Portuqaliyaya 1:8 hesabı ilə uduzmaqla qitə birinciliyi ilə vidalaşıb.

Tarix: 11 Fevral 18:41    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.