Azərbaycan millisinin qapıçısı 48 ay bütün yarışlardan kənarlaşdırıldı

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

 

Sportinfo.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, həndbolçu Səbinə Nuriyevadı.

 

Azərbaycan millisinin və "Azəryol" klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

 

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

 

Səbinə Nuriyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Daha əvvəl Azərbaycanın daha 4 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

Tarix: 11 Fevral 16:31    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.