Rəşad Sadıqovun ağzı sulandı: "Elə toplar çıxardı, elə "seyv"lər etdi ki..."

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 15-ci tur matçından sonra brifinq keçirib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi oyundan razı qaldığını bildirib:

 

- Oyun gözlədiyimdən də yaxşı alındı. Maraqlı görüş, derbi idi. Çempionluğa oynayan iki komanda görüşürdü. Məğlub olmamaq çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Lakin bu qədər qol imkanından istifadə edə bilmədikdə, heç-heçə də pis nəticə deyil.

 

Komandanız sanki irəlidə dişsiz görünürdü...
- Qəti razılaşmıram. Komandamız heç vaxt fərdlər üzərində qurulmayıb. Dino Ndlovu "Qarabağ"da oynadığı vaxt da forvarda ehtiyacımızın olduğuna dair tənqidlər gəlirdi.

 

Bəs indi hücumçuya ehtiyac varmı?
- Xeyr. O vaxt da "yoxdu" demişdik, indi də deyirik. Sabah Mahir Mədətov da, Pedro Enrike də getsə, meydana çıxacaq 11 nəfər bir komanda - "Qarabağ" olacaq. Bu klubdan Reynaldo gedib, digər futbolçular gedib. Lakin komanda öz sabitliyini qoruyaraq, saxlaya bilib. Bu gün Mahir də, Pedro da, Dani Kintana da irəlidə çox yaxşı oynadı. Onların əziyyətlərini yerə vurmaq olmaz. Ndlovunun qol vura bilmədiyi və ya qol imkanlarını qaçırdığı o qədər oyun olub ki... Bu gün qol vura bilməməyimizin səbəbi "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının çox yaxşı oynaması idi. Ola bilər ki, təkbətək çıxasan, əyri vurasan, zərbən alınmasın. Amma bu gün Bezotosnı keçilməz idi. Elə toplar çıxardı, elə "seyv"lər etdi ki... Ümumi götürsək, komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim.

Tarix: 11 Fevral 13:57    Oxunub: 318    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.