Azərbaycan çempionu Ukrayna kanalının qonağı oldu - VİDEO

Bir müddət öncə karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və bu idman növündə Azərbaycanın ilk çempionu olan İlyas Xəlilov Ukrayna X-Sport kanalının qonağı olublar. 

 

Sportinfo.az xəbər verir ki, canlı yayımda İlyas Xəlilov zəngin karyerasından, qazandığı ilk tituldan və Rafael Ağayevin yeniyetmə illərindən, ölkə prezidenti İlham Əliyevin idman qayğısından bəhs edib. Verilişdə karatenin "brilyat oğlan"ı Ağayev zirvələri necə fəth etməsindən, keçdiyi çətin yoldan, olimpiada ilə bağlı planlarından danışıb. 

Qeyd edək ki, hazırda Tokio Olimpiadasına vəsiqə qazana biləcək idmançıların reytinq cədvəlinə Rafael Ağayev başçılıq edir. 

 

 

Tarix: 10 Fevral 20:24    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.