Komitə İrandan üzr istədi

Cənubi Koreyada keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarında idmançılar üçün xüsusi hazırlanmış Samsunq S8 telefonlarının beynəlxalq sanksiyalar tətbiq olunduğu bəhanəsi ilə İran idmançılarına verilməməsi Tehranda narazılıqla qarşılanıb.

 

Sportinfo.az xəbər verir ki, məsələyə reaksiya bildirən Beynəlxalq Olimpiya Komitəsi İrandan üzr istəyib.

 

Məlumata görə, Qış Olimpiya Oyunlarının təşkilat komitəsi artıq İran idmançılarına da sözügedən hədiyyələri təqdim edib.

Tarix: 10 Fevral 17:00    Oxunub: 118    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.