"Həyat yoldaşım “Neftçi”nin köhnə oyunçusu olub" - Xalq artisti

Son dövrlər xanımların futbol izləməsi, futbol komandalarına azarkeşlik etməsi geniş vüsət alıb.

 

Sportinfo.az xəbər verir ki, qadın sənətçilərimizin də sevdiyi, oyunlarını izlədiyi klublar var.

 

Minval.İnfo-nun əməkdaşı xanım sənətçilərimiz arasında sorğu keçirib, hansı futbol komandasına azarkeşlik etdiyini öyrənib:

 

Əməkdar artist Elza Seyidcahan: “Uşaqlıqdan “Neftçi”yə azarkeşlik etmişik. Ancaq indi hamımız “Qarabağ”ın tərəfindəyik”.

 

Rəqqasə Fatimə: “Təbii ki, “Qarabağ”. Stadiona getmirəm, amma imkan olduqca evdən izləyirəm”.

 

Leyla Ramazanlı: “Desəm ki, futbolla çox maraqlanıram yalan olar. Bəzən, yerli klublarımıza, məsələn, “Qarabağ”ın oyunlarına baxıram. Futbolçu kimi Ronaldonu bəyənirəm”.

 

Xalq artisti Gülyanaq Məmmədova: “Neftçi” və “Qarabağ”ı dəstəkləyirəm. Həyat yoldaşım “Neftçi”nin köhnə oyunçusu olub, ona görə o, baxanda mən də onunla birgə izləyirəm. Stadionda heç olmamışam, amma çox istəyirəm. Yoldaşım söz verib ki, bir gün aparacaq. Bizim futbol komandalarımızın uğurlarına bir azərbaycanlı kimi daima sevinirəm”.

 

Nura Suri: “Futbolla maraqlanıram. Xarici klublar arasında “Real Madrid”ə, ölkəmizdə isə “Qarabağ”a azarkeşlik edirəm. Dünya çempionatında isə İspaniyanı bəyənirəm”.

Tarix: 10 Fevral 16:36    Oxunub: 577    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.