Qanında dopinq tapılan idmançımızla bağlı - İLGİNC FAKTLAR

Xəbər verdiyimiz kimi, ötən gün 4 idmançımıza dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat verilib. 

 

Bildirilir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

 

“Qafqazinfo” xəbər verir ki, adı sanskiyaya məruz qalanlar arasında olan Fövqi Əfəndiyev kifayət qədər populyardır.

 

O, Azərbaycan mətbuatında tez-tez gənc xanım modellərlə fotosessiayaları ilə gündəmə gəlib. Fövqi, hətta tanınmış müğənni Səmra Rəhimlinin səs-küyə səbəb olan “Badminton” klipində də yer alıb. 

 

Bundan əlavə, Fövqi Bakının məşhur idman zallarının birində məşqçi kimi çalışır. Onun Pərvin Abıyeva, Səmra Rəhimli, Günel Hümbətova və Mehin kimi məşhur tələbələri var. 

 

Bir müddət əvvəl Fövqinin Səmra ilə sevgili olması barədə xəbər də yayılmışdı, hər iki tərəf isə iddiaları təkizb etmişdi. 

 

Əfəndiyev eyni zamanda bloqqer kimi də fəaliyyət göstərir. Llenbuterol və tamoksifen metaboliti aşkarlanan bodibildinqçimizi instaqramda 90 minə yaxın insan izləyir. 

 

O, səhifəsində sağlam üsulla əzələ yığmağın yollarından bəhs edir, bununla bağlı videolar paylaşır, məsləhətlər verir.  Ondan dopinqin aşkarlanması isə izləyicilərinin məyusluğu ilə nəticələnib. 

 

F.Əfəndiyev ötən ilin avqust ayında bodibildinq üzrə yarışlarda birinci olub. Mükafatı əlindən alınacaq idmançımızın cəzası isə 2021-ci ilədək davam edəcək. O, 4 il ərzində heç bir yarışlara qatıla bilməyəcək. 

 

 



Tarix: 10 Fevral 15:36    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.