AFFA rəsmisi: "Bu ölkənin millisi ilə oyun keçirməyəcəyik"

Seneqal millisi Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə hazırlıq məqsədilə oynayacağı yoxlama matçları üçün rəqib axtarır. 

 

“Şirlər”in bu ölkədə Azərbaycanla qarşılaşacağı iddia olunur.


Afrikalılar hətta yığmamızla oyunun tarixini də açıqlayıblar. Bu ölkənin mətbuatı Azərbaycan – Seneqal matçının martın 23-də baş tutacağını qeyd edib (apasport.az).


Hərçənd həmin gün Qurban Qurbanovun komandası Belarusu qəbul edəcəklər. İstisna olunmur ki, rəqib axtarışında olan AFFA belaruslularla danışıqlardan öncə Afrika təmsilçisi ilə də matçın təşkilini müzakirə ediblər.


Böyük ehtimalla, seneqallılarla anlaşma meydan amilinə görə alınmayıb. Çünki afrikalılar matçın Mərakeşdə baş tutacağını qeyd ediblər. Bu isə komandamızın yeni baş məşqçisinin planlarına daxil olmadığından, DÇ-2018-in iştirakçısı ilə duel baş tutmayıb.


AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla Sportinfo,az-a bu barədə açıqlama verib:

 

"Mən artıq yayılan xəbərləri rəhbərlikdən soruşub dəqiqləşdirmişəm. Seneqalla yoxlama görüşünün keçirilməsiylə bağlı bu ölkənin federasiyası ilə heç bir danışıqlar aparılmayıb".

Tarix: 9 Fevral 20:36    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.