Elxan Məmmədov: "Milli üçün yoldaşlıq görüşlərinin harda olmasının fərqi yoxdu"

AFFA-nın Baş katibi Elxan Məmmədov millinin Makedoniya ilə yoldaşlıq görüşünün neytral meydanda keçirilmə səbəbini açıqlayıb. 

 

Sportinfo.az xəbər verir ki, assosiasiya rəsmisi martın 27-də Türkiyənin Antalya bölgəsində təşkil olunacaq qarşılaşmanın bir növ səfər oyunu xarakteri daşıyacağını bildirib.

 

O deyib ki, Makedoniya martın sonlarında Antalyada təlim-məşq toplanışında olacağından, milli belə fürsətdən yararlanmağı məqsədəuyğun sayıb:

 

"Əsas odu ki, görüş səfərdə olsun. Çünki UEFA Millətlər Liqasında oyunlar arasındakı fasilə 3 günü əhatə edəcək. Buna görə də baş məşqçimizin də dediyi kimi, oyunların harada olmasının fərqi yoxdu.

 

Makedoniya martın sonlarında Antalyada təlim-məşq toplanışında olacaq. Biz də fürsətdən yararlanaraq, onlarla yoldaşlıq görüşü keçirəcəyik. Hesab edirəm ki, bu da Millətlər Liqasına hazırlıq mərhələsində milli komanda üçün bir fürsətdir".

 

Baş katib sentyabrda start götürəcək Millətlər Liqasınadək rəqib qismində Makedoniya ilə yanaşı, Belarus və Latviyanın seçilməsini hər 3 komandanın D Liqasında çıxış etməsi ilə əlaqələndirib: "Bu rəqiblərin seçilməsi potensial rəqibləri tanımaq məqsədi daşıyır".

 

Belarusla qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda, Latviya ilə görüş isə iyunun 9-da Riqadakı "Skonto" stadionunda təşkil olunacaq. 

Tarix: 9 Fevral 18:48    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.